03 fevral 2026, 15:20

Zaur Abbasovdan, Göygöl, Azərbaycan

Möhtərəm cənab Prezident!

Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Ümummilli Liderimiz həmişə xalqına arxalanır, onun gəncliyinə böyük ümidlər bəsləyərək dəfələrlə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərin əlindədir. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin bu gün Sizin rəhbərliyinizlə müasir dövrün tələblərinə uyğun davam etdirilməsi yeniyetmə və gənclərin hərtərəfli fəaliyyətinə geniş imkanlar yaradıb.

Gənclərimiz dövlətimizin beynəlxalq nüfuzunun daha da artırılmasında, zəngin mədəni irsimizin qorunaraq düzgün təbliğ edilməsində, dəyərli ümumdünya təcrübəsindən istifadə etməklə milli vətəndaş cəmiyyətinin möhkəmlənməsində və inkişaf etdirilməsində mühüm rol oynayırlar. Rayonlarda gənclər üçün yaradılan imkanlar, beynəlxalq layihələrin, idman və mədəni tədbirlərin bölgələrdə də həyata keçirilməsi rayon gənclərinin də ictimai həyata fəal inteqrasiyasına mühüm töhfə verir.

Cənab Prezident, gənclərin inkişafına, onların bilik və bacarıqlarının artırılmasına göstərdiyiniz xüsusi diqqət, etimad və dəstəyə görə Sizə Göygöl rayonunun gəncləri adından dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Zaur Abbasov, Göygöl rayon üzrə Gənclər və İdman sektorunun müdiri

Azərbaycan Respublikası, Göygöl rayonu.