Dəmir Zalov və Kamran Səmədovdan, Ucar, Azərbaycan
Hörmətli cənab Prezident.
Rayonumuzda yerləşən 2 nömrəli tam orta məktəbin Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən inşa edilməsi hamımızı ürəkdən sevindirdi. Müasir standartlara cavab verən yeni məktəb binası övladlarımızın daha yaxşı təhsil alması üçün böyük imkanlar yaradır.
Məktəbimizin fənn kabinetləri və laboratoriyaları zəruri mebel və avadanlıqla, əyani vasitələrlə təchiz edilib. İnanırıq ki, şagird və müəllimlərin istifadəsinə verilən sinif və təlim otaqları, kitabxana, bufet və yeməkxana, akt və idman zalları və açıq idman meydançası tədrisin yüksək səviyyədə keçməsini təmin edəcək.
Övladlarımızın belə gözəl və rahat şəraitdə təhsil alması bizi çox sevindirir və qürurlandırır. Bu xeyirxah təşəbbüs yalnız bir məktəbə deyil, gələcəyimiz olan uşaqlara göstərilən diqqətin bariz nümunəsidir.
Uşaqlarımızın işıqlı gələcəyinə göstərdiyiniz qayğı və dəstək üçün bir daha təşəkkür edir, möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Zalov Dəmir
Səmədov Kamran
Azərbaycan Respublikası, Ucar rayonu.