Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alan şagirdlərin valideynlərindən, Ucar, Azərbaycan
Hörmətli Mehriban xanım,
Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alan şagirdlərin valideynləri olaraq Sizə dərin təşəkkürümüzü bildiririk.
Heydər Əliyev Fondunun vəsaiti hesabına müasir standartlara cavab verən yeni məktəb binasının inşa edilərək istifadəyə verilməsi kiçikdən böyüyə bütün şagirdlərimizi, pedaqoji kollektivi, eləcə də biz valideynləri çox sevindirmişdir.
Artıq şagirdlər hər cür şəraiti olan müasir məktəbdə təhsil alırlar.
Bu xeyirxah təşəbbüs yalnız bir məktəbə deyil, bütövlükdə gələcəyimiz olan uşaqlara göstərilən diqqətin bariz nümunəsidir. İnanırıq ki, övladlarımızın belə gözəl və rahat şəraitdə təhsil almaları onların uğurlarını daha da artıracaqdır.
Görülən bu humanist və xeyirxah işlərə görə Sizə bir daha minnətdarlığımızı bildiririk. Sizə möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə uğurlar arzulayırıq.
Hörmətlə,
Ucar şəhər 2 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alan şagirdlərin valideynləri:
Piriyev Nuru Əhməd oğlu
Əhmədova Aynur Ramiz qızı
Hüseynov Vasif Vaqif oğlu
Hüseynov Elçin Allahverdi oğlu
Salikov Tural Fazil oğlu
Əliyev Dövran Asif oğlu
Əliyev Rüstəm Adəm oğlu
Məmmədov Ruslan
Məmmədov Rəşad Əlisa oğlu
Məmmədov Fəqan Əlikram oğlu
Kərimzadə Azər Nadir oğlu
Məmmədov Rəşad Rəşid oğlu
Ələkbərova Aydan Mövlud qızı
Həsənova Xəyalə Ağaveyis qızı
Əliyev Ceyhun Ağasməd oğlu
Məmmədova Güldənə Natiq qızı
İmanov Qalib Cəmil oğlu
İsmayılov Aqil Əli oğlu
Azərbaycan Respublikası, Ucar şəhəri.