Hörmətli xanım General-Qubernator,
Ölkənizin milli bayramı - Avstraliya günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Avstraliya arasındakı dostluq münasibətləri, qarşılıqlı maraq doğuran əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Avstraliya xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 yanvar 2013-cü il.