Hörmətli cənab Prezident,
Hindistan Respublikasının milli bayramı - Respublika günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Hindistan əlaqələri əsrlərdən bəri davam edən xoş ənənələrə malikdir. Əminəm ki, ölkələrimiz arasındakı dostluq münasibətlərinin möhkəmlənməsi, əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Hindistan xalqına əmin-amanlıq və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 16 yanvar 2013-cü il.