26 yanvar 2026, 16:18

Qorxmaz Aslanov və başqalarından, Ağdərə, Azərbaycan

Hörmətli Prezident, cənab Ali Baş Komandan!

Sizin bu yaxınlarda Ağdərəyə səfəriniz bütün sakinlər üçün əlamətdar hadisə oldu.

Rayon sakinləri ilə görüşünüz biz öz yurduna, yenicə köçürülmüş məcburi köçkünlərə böyük mənəvi dəstəkdir.

Sizin işğaldan azad olunmuş torpaqlarımıza göstərdiyiniz diqqətin nəticəsidir ki, biz qısa müddət ərzində doğma yurdumuza qayıda bildik.

Ağdərə rayonunu, kəndlərimizin yenidən dirçəlməsi üçün görülən işlərə, bizə yaşatdığınız şərəfli günə görə Sizə minnətdarıq.

Qazandığınız uğurlar daimi olsun!

Dərin hörmətlə,

Aslanov Qorxmaz,

Quliyeva Qızbəs,

Aslanov Qoşqar,

Qarayeva Nuriyyə,

Aslanova Tutu,

Aslanova Mütəllim.

Azərbaycan Respublikası, Ağdərə rayonu, Aşağı Oratağ kəndi