Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

26 yanvar 2026, 16:09

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 16-cı və 19-cu bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (I kitab), maddə 583 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddələr 630, 638, № 7, maddə 747, № 8, maddələr 932, 933, 934, № 10, maddə 1118, № 11, maddə 1182, № 12 (I kitab), maddə 1282, (II kitab), maddə 1345; 2025, № 2, maddə 96, № 3, maddə 214, № 4 (I kitab), maddələr 307, 315, 318, 322, № 5, maddələr 432, 441, № 6, maddələr 524, 536, № 7, maddələr 609, 618, № 8, maddələr 743, 744, № 11, maddə 1009; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunu) 102.1.16-cı maddəsində “könüllü” sözü “öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün” sözləri ilə əvəz edilsin.

Maddə 2. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 348 (Cild I); 2024, № 5 (I kitab), maddə 498, № 6 (I kitab), maddə 630, № 11, maddə 1182, № 12 (II kitab), maddə 1348; 2025, № 2, maddə 96, № 4 (I kitab), maddələr 307, 322, № 8, maddə 743; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 297-VIIQD nömrəli Qanunu) 15-ci maddəsinin birinci hissəsinin on dördüncü abzasında “könüllü” sözü “öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 1, maddə 1 (Cild I); 2024, № 5 (I kitab), maddə 489, № 7, maddə 748, № 8, maddə 934; 2025, № 2, maddə 96, № 6, maddə 539, № 7, maddə 606; Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanunu) 33-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 33.1.12-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 33.1.13-cü maddə əlavə edilsin:

“33.1.13. dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətə çağırıldıqda.”;

3.2. 33.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

“33.2. Dövlət qulluqçusunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki orta aylıq dövlət məvacibinin altı misli miqdarında birdəfəlik haqq verilir və bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmur.”;

3.3. aşağıdakı məzmunda 33.2-1-ci – 33.2-3-cü maddələr əlavə edilsin:

“33.2-1. Dövlət qulluğuna bu Qanunun 33.1.11-ci maddəsi ilə xitam verildikdə dövlət qulluqçusunun vərəsələrinə orta aylıq dövlət məvacibinin dörd misli miqdarında müavinət ödənilir.

33.2-2. Dövlət qulluğuna bu Qanunun 33.1.13-cü maddəsi ilə xitam verildikdə dövlət qulluqçusuna orta aylıq dövlət məvacibinin üç misli miqdarında müavinət ödənilir.

Dövlət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbi xidmətə çağırılanadək müvafiq dövlət orqanında qulluq keçmiş şəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günü keçənədək əvvəlki vəzifəsini tutmaq üçün müraciət etdikdə həmin orqanda əvvəlki və ya analoji vəzifəyə təyin edilirlər.

Müddətli həqiqi hərbi xidmətə çağırılmazdan bilavasitə əvvəl dövlət qulluğu vəzifəsində qulluq keçmiş və ehtiyata buraxıldıqdan bilavasitə sonra yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmiş dövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqları müddət onların qulluq stajı hesablanarkən nəzərə alınır.

33.2-3. Bu Qanunun 33.2-1-ci və 33.2-2-ci maddələrində nəzərdə tutulmuş dövlət qulluqçusunun orta aylıq dövlət məvacibinin məbləği Azərbaycan Respublikası Əmək Məcəlləsinin 177-ci maddəsinin 2-ci, 3-cü, 3-1-ci və 6-cı hissələrinə uyğun olaraq müəyyən edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2025-ci il 

SƏNƏDLƏR Sərəncamlar 24 iyul 2026
13:48
R.F.Aslanovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin...

24 iyul 2026, 13:48
SƏNƏDLƏR Sərəncamlar 24 iyul 2026
13:46
R.F.Aslanovun Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda Malta Respublikasında, San Marino...

24 iyul 2026, 13:46
SƏNƏDLƏR Sərəncamlar 24 iyul 2026
13:43
R.E.Məmmədovun Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin...

24 iyul 2026, 13:43
SƏNƏDLƏR Sərəncamlar 24 iyul 2026
13:40
R.E.Məmmədovun Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Türkiyə Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri...

24 iyul 2026, 13:40
SƏNƏDLƏR Fərmanlar 24 iyul 2026
13:38
“İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 469-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 469-VIIQD...

24 iyul 2026, 13:38
SƏNƏDLƏR Fərmanlar 24 iyul 2026
13:33
“Kraudfandinq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Kraudfandinq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 450-VIIQ nömrəli Qanununun tətbiqini təmin etmək məqsədilə...

24 iyul 2026, 13:33
SƏNƏDLƏR Fərmanlar 24 iyul 2026
13:27
“Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 464-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik...

24 iyul 2026, 13:27
SƏNƏDLƏR Qanunlar 24 iyul 2026
13:24
“Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda...

24 iyul 2026, 13:24
SƏNƏDLƏR Fərmanlar 24 iyul 2026
13:21
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 30 dekabr tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Biznesinin İnkişafı Fondu” publik hüquqi şəxsin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi...

24 iyul 2026, 13:21