İlham Əliyevin “Microsoft International” şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşü olmuşdur

24 yanvar 2013, 16:55
İlham Əliyevin “Microsoft International” şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşü olmuşdur

Prezident İlham Əliyevin Davosda “Microsoft International” şirkətinin prezidenti Jan Filip Kurtua ilə görüşü olmuşdur.

Görüşdə “Microsoft International” şirkəti ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi bildirildi. Bu şirkətin Azərbaycanda elektron hökumət layihəsinin həyata keçirilməsi istiqamətində təklif etdiyi xidmətlərin əhəmiyyəti vurğulandı.

İnformasiya təhlükəsizliyinə dair məsələlərin müzakirə olunduğu görüşdə “Microsoft International” ilə Azərbaycan arasında gələcəkdə strateji əməkdaşlıq müqaviləsinin imzalanması, bu şirkətin ölkəmizdə informasiya mərkəzinin yaradılması ilə bağlı fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55