İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Leonid Kuçma ilə görüşü olmuşdur

24 yanvar 2013, 15:55
İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Leonid Kuçma ilə görüşü olmuşdur

Davosda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukraynanın sabiq Prezidenti Leonid Kuçma ilə görüşü olmuşdur.

Görüşdə Leonid Kuçma Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə görüşlərini məmnunluqla xatırladı. Qarşılıqlı səfərlərin, xüsusilə də Prezident İlham Əliyev ilə keçirilən görüşlərin əhəmiyyətindən danışıldı.

Azərbaycan-Ukrayna münasibətlərinin uğurla inkişaf etdiyinin vurğulandığı görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55