İlham Əliyevin “Total” şirkətinin rəhbəri Kristof de Marjeri ilə görüşü olmuşdur

23 yanvar 2013, 23:15
İlham Əliyevin “Total” şirkətinin rəhbəri Kristof de Marjeri ilə görüşü olmuşdur

Prezident İlham Əliyevin Davosda “Total” şirkətinin rəhbəri Kristof de Marjeri ilə görüşü olmuşdur.

Görüşdə Azərbaycan ilə “Total” arasında uzun illərdir davam edən əməkdaşlıqdan məmnunluq ifadə olundu. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqlarının işlənməsində Azərbaycan ilə “Total” şirkətinin əməkdaşlığının uğurla davam etdiyi bildirildi.

İkitərəfli əməkdaşlığın Azərbaycan-Fransa iqtisadi əlaqələrinin inkişafına da töhfə verdiyi vurğulandı.

Görüşdə “Total” şirkəti ilə Azərbaycan arasında əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55