15 yanvar 2026, 14:31

Əli Eyvazovdan, Kürdəmir, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən, Kürdəmir rayonu Pirli kənd sakini olaraq, məşğulluğumun təmin olunması ilə əlaqədar rayon məşğulluq xidmətinə müraciət etdim. Əməkdaşlar məni özünüməşğulluq proqramının maldarlıq təsərrüfatı zərfinə uyğun bildilər. İribuynuzlu heyvanlarla təmin olundum. Hal-hazırda öz təsərrüfatımı qurmuşam və heyvanları artırmışam.

Möhtərəm Prezident, biz kəndlilərə bu şəraiti yaratdığınlz üçün Sizə minnətdarlığımı bildirirəm. Çalışacağam ki, təsərrüfatımı ildən-ilə böyüdüm və ölkəmizin kənd təsərrüfatına az da olsa, öz töhfəmi verim. Azərbaycan naminə gördüyünüz işlərdə Sizə uğurlar arzulayıram.

Hörmətlə,

Əli Eyvazov

Azərbaycan Respublikası, Kürdəmir rayonu, Pirili kəndi.