15 yanvar 2026, 13:10
Rasim Xəlilovdan, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident, möhtərəm İlham Heydər oğlu Əliyev!
Sizi xalqımızın rifahı və dövlətimizin qüdrətlənməsi yolunda gördüyünüz işlərə görə alqışlayırıq. Xüsusilə dini icmalara göstərilən maddi dəstəyə görə Sizə səmimi qəlbdən təşəkkür edirik. Bu diqqətiniz icmamızın inkişafına təkan verməklə yanaşı, vətəndaşların mənəvi dünyasına göstərilən ali qayğının bariz nümunəsidir.
Tanrı Sizi və ailənizi qorusun, dövlətimizin inkişafı naminə atdığınız bütün addımlarda yardımçınız olsun!
Hörmətlə,
Rasim Xəlilov,
“Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri
Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.