Ziya Zakir Acardan, İğdır, Türkiyə
Möhtərəm cənab Prezident
Məni “Dostluq” ordeni ilə təltif etdiyinizə görə Sizə dərin minnətdarlığımı və hörmətimi bildirirəm.
Böyük məna daşıyan bu diqqət mənim üçün təkcə şəxsi şərəf deyil, həm də Azərbaycan və Türkiyə arasında sarsılmaz qardaşlıq əlaqələrinin, ortaq tarixin, könül birliyinin qiymətli simvoludur. Bu yüksək münasibət mənim məsuliyyətimi daha da artırır, xidmət əzmimi gücləndirir.
Azərbaycanın müstəqilliyi, suverenliyi və inkişafı ilə bağlı qətiyyətli mövqeyiniz, regional sülh və türk dünyası naminə uzaqgörən liderliyiniz təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk dünyası üçün ilham mənbəyidir.
“Bir millət, iki dövlət” anlayışının təsdiqi olan bu şərəfi bir Azərbaycan türkü olaraq ömrüm boyu qürurla daşıyacağam.
Bu münasibətlə Zati-alinizə ən səmimi təşəkkürümü və hörmətimi bildirir, Azərbaycan xalqına əmin-amanlıq, rifah və firavanlıq dolu gələcək arzulayıram.
Ehtiramla,
Ziya Zakir Acar, İğdır Azərbaycan Evinin sədri, tədqiqatçı-yazıçı
Türkiyə Respublikası, İğdır şəhəri.