12 yanvar 2026, 19:01

Şəhid ailəsinin üzvündən, Göygöl, Azərbaycan

Möhtərəm cənab Prezident,

Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik siyasəti bu gün Sizin rəhbərliyinizlə uğurla davam etdirilir. Ulu Öndərin “güclü dövlət – güclü iqtisadiyyat” prinsipinə əsaslanan inkişaf strategiyası ölkəmizin hərtərəfli tərəqqisini təmin etmiş, Azərbaycanın regional və qlobal mövqeyini daha da möhkəmləndirmişdir.

Cənab Prezident, yürütdüyünüz məqsədyönlü və ardıcıl siyasət nəticəsində 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfər xalqımızın milli iradəsinin, dövlətimizin gücünün və Ali Baş Komandan kimi Sizin qətiyyətli liderliyinizin parlaq təcəssümüdür. Bu möhtəşəm Qələbə ölkəmizin yeni inkişaf mərhələsinin əsasını qoymuşdur.

Müzəffər Ali Baş Komandan, şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya, verdiyiniz dəyərə görə Sizə dərin təşəkkürümüzü bildiririk.

Uca Tanrı Sizi, ailənizi və millətimizi qorusun!

Hörmətlə,

Rüxsarə Atayeva,

şəhid ailəsinin üzvü

Azərbaycan Respublikası, Göygöl şəhəri.