12 yanvar 2026, 19:30

Yusif Fərhadovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident!

"Həyat Sözü" kilsəsi adından göstərilən maddi yardıma görə Sizə dərin minnətdarlığımı bildirirəm. Səxavətiniz və dəstəyiniz cəmiyyətimiz üçün vacib rol oynayır. Bu dəstək "Azərbaycanda multikulturalizm və tolerantlıq" siyasətini əks etdirir, cəmiyyətin inkişafina, mənəvi dəyərlərin möhkəmlənməsinə xidmət edir.

Bizə işimizi daha da böyük güc və qətiyyətlə davam etdirməyə imkan verən səxavətinizi yüksək qiymətləndiririk. Dəstəyinizə görə bir daha dərin təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Yusif Fərhadov,

"Həyat Sözü" xristian dini icmasının sədri

Azərbaycan Respublikası, Bakı şəhəri, Xətai rayonu.