09 yanvar 2026, 13:25

Amnistiya sayəsində övladına qovuşan anadan, Şirvan, Azərbaycan

Möhtərəm və dərin hörmət bəslədiyim cənab Prezident!

Bu məktubu Sizə bir ana olaraq sonsuz minnətdarlıq, dərin ehtiram və böyük dua hissi ilə ünvanlayıram. Bildirmək istəyirəm ki, 2-ci qrup əlil olan, anadangəlmə lal və kar, eyni zamanda fiziki məhdudiyyətli oğlum Abbasov Salehlə bağlı əfv və amnistiya ilə əlaqədar olaraq Sizə müraciət etmişdik. Ana fəryadımın eşidilməsi və humanist yanaşma ilə bu məsələnin müsbət həll olunması mənim üçün təkcə bir qərar deyil, bir ailənin yenidən həyata bağlanması oldu.

Möhtərəm cənab Prezident, Siz, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu insanpərvər və ədalətli dövlətçilik yolunu böyük ləyaqətlə davam etdirirsiniz. Xüsusilə sağlamlıq imkanları məhdud olan şəxslərə, çarəsiz ailələrə və anaların harayına göstərdiyiniz diqqət Azərbaycan dövlətinin gücünü, mərhəmətini və ədalətini bir daha sübut edir. Bu münasibətlə bir ana olaraq, Sizə dərin təşəkkürümü bildirirəm.

Allah Sizi hər zaman qorusun, uca tutsun, ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq bəxş etsin. Yeni il ərəfəsində bizim ailəmizin arzularının gerçəkləşməsinə səbəb olan bu humanist qərara görə minnətdarlığımı ifadə edir, 2026-cı ilin Azərbaycan dövlətinə və xalqına sülh, rifah və yadda qalan uğurlar gətirməsini arzu edirəm.

Dərin hörmət və ehtiramla,

Abbasova Xalidə Səməd qızı

Azərbaycan Respublikası, Şirvan şəhəri.