08 yanvar 2026, 16:41
Cavanşir Babayevdən, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin müdrik rəhbərliyiniz, uzaqgörən siyasətiniz və qayğınız sayəsində ölkəmizdə vətəndaşların rifahı yüksəlmiş, bölgələrdə infrastruktur yenilənmiş, abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Bizim Gəncə şəhərində əsas avtomobil yolları və məhəllədaxili yollar təmir olunmuş, yolkənarı yaşıllıqlar salınmışdır.
Sizin və Mehriban xanımın Gəncə şəhərinə olan diqqət və qayğısı göz önündədir. Gəncə əhalisi, o cümlədən müharibə əlilləri və iştirakçıları da bu qayğını gündəlik həyatlarında hiss edirlər.
Mən buna görə Sizə və Mehriban xanıma dərin təşəkkürümü bildirirəm.
Hörmətlə,
Cavanşir Babayev,
Vətən müharibəsi iştirakçısının atası
Azərbaycan Respublikası, Gəncə şəhəri.