İlham Əliyevin “Holcim Group” şirkətinin rəhbəri Bernard Fontana ilə görüşü olmuşdur

23 yanvar 2013, 14:55
İlham Əliyevin  “Holcim Group” şirkətinin rəhbəri Bernard Fontana ilə  görüşü olmuşdur

Prezident İlham Əliyev Davosda “Holcim Group” şirkətinin rəhbəri Bernard Fontana ilə görüşmüşdür.

Ötən il Bakıda “Holcim Group” şirkətinin sement zavodunun açılışında Prezident İlham Əliyevin iştirakını məmnunluqla xatırladan Bernard Fontana Azərbaycanda biznes fəaliyyəti üçün əlverişli şəraitin mövcudluğunu yüksək qiymətləndirdi. Bu şəraitin səmərəli fəaliyyət üçün yaxşı zəmin yaratdığını bildirdi.

Prezident İlham Əliyev “Holcim Group” şirkəti tərəfindən Azərbaycana sərmayə yatırılmasının önəmini qeyd etdi. Dövlətimizin başçısı bu şirkət ilə ölkəmiz arasında əməkdaşlığın İsveçrə-Azərbaycan iqtisadi əlaqələrinin inkişafına töhfə verdiyini vurğuladı.

Görüşdə Azərbaycan-İsveçrə biznes əlaqələrinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55