Namiq Əsədullayevdən, Lənkəran, Azərbaycan
Salam, cənab Prezident.
Kəndimizin bir qrup sakini adından Sizə minnətdarlığımızı bildirməyi özümə borc bilirəm. Sizin daxili və xarici siyasətiniz nəticəsində Azərbaycan dövləti günü-gündən inkişaf edir və çiçəklənir. Lənkəran şəhəri və kəndləri də inkişaf etməkdədir.
Müasir yol-nəqliyyat infrastrukturunun qurulması bu inkişafda çox mühüm rol oynayır. Sizin rəhbərliyiniz dövründə Azərbaycanda avtomobil yolları tamamilə yenilənmiş, yeni yollar, körpülər, yolötürücüləri tikilmiş, yol hərəkəti sistemi beynəlxalq standartlara uyğunlaşdırılmış və texnoloji cəhətdən müasir avadanlıqla təmin olunmuşdur.
Cənab Prezident, bu əvəzsiz xidmətlərə görə Sizə dərin minnətdarlığımızı biidiririk. İnanırıq ki, gələcəkdə də, Sizin rəhbərliyiniz altında dövlətimiz iqtisadi, siyasi, hərbi cəhətdən inkişaf edəcəkdir.
Hörmətlə,
Namiq Əsədullayev
Azərbaycan Respublikası, Lənkəran rayonu, Şağlaser kəndi.