“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

06 yanvar 2026, 14:23

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1194-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 838 (Cild I); 2024, № 3, maddə 247; 2025, № 1, maddə 14, № 3, maddə 215, № 6, maddə 536, № 8, maddə 738) 79-cu maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. 79.1.1-ci maddədən “kənd təsərrüfatı,” sözləri çıxarılsın;

1.2. 79.1.2-ci maddəyə “quyuların” sözündən sonra “(kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla)” sözləri əlavə edilsin;

1.3. 79.1.6-cı maddəyə “tikililərin” sözündən sonra “(kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla)” sözləri əlavə edilsin;

1.4. 79.1.10-cu maddəyə “istixanaların” sözündən sonra “(kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilənlər istisna olmaqla)” sözləri əlavə edilsin.

Maddə 2. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 128 (Cild I); 2024, № 3, maddə 250) 14-cü və 17-ci maddələrinin birinci hissələrindən, 20-ci maddəsinin ikinci hissəsindən “(uqodiyalarının)” sözü çıxarılsın.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 dekabr 2025-ci il 

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55