07 yanvar 2026, 13:00

Qorxmaz Paşayevdən, Neftçala, Azərbaycan

Hörmətli cənab Prezident, Möhtərəm Ali Baş Komandan!

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu və bu gün Sizin rəhbərliyinizlə uğurla davam etdirilən dövlət-din münasibətləri modeli milli-mənəvi dəyərlərin qorunmasına və dini mühitin sağlam inkişafına mühüm töhfə verir. Din xadimlərinə göstərilən ardıcıl diqqət və qayğı bizim üçün böyük mənəvi dayaqdır.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin 5 illiyi münasibətilə din xadimlərinə göstərilən yardım dövlətimizin dini-mənəvi sahəyə verdiyi yüksək dəyərin bariz nümunəsidir və dərin minnətdarlıqla qarşılanmışdır.

Zəfər Günü milli iradənin, mənəvi birliyin və haqq yolunun təntənəsi kimi tarixə yazılmışdır. Din xadimləri olaraq biz cəmiyyətimizdə vətənpərvərlik, sülh və həmrəyliyin möhkəmləndirilməsi yolunda bundan sonra da sədaqətlə xidmət etməyə hazırıq.

Möhtərəm cənab Prezident!

Bu xoş məqamda, Sizi Yeni təqvim ili münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq. Uca Allahdan Sizi, dövlətimizi və ordumuzu daim hifz etməsini diləyirik.

Dərin hörmət və ehtiramla,

Paşayev Qorxmaz Vaqif oğlu

“Sahib Əzzaman” məscidinin imamı

Azərbaycan Respublikası, Neftçala şəhəri.