06 yanvar 2026, 18:12
Seyran Fərəczadədən, Quba, Azərbaycan
Möhtərəm cənab Prezident,
Uzun illər işğala məruz qalmış torpaqlarımızın azad edilməsinə nail olduğumuz üçün bir daha təşəkkür edir, Yeni il münasibətilə Sizə təbriklərimizi çatdırır, bu Yeni ildə Sizə böyük uğurlar arzulayırıq.
İndi Qarabağımızdan güllə, top-tüfəng səsi yox, azan səsi eşidilir. Məscidlərimiz, ziyarətgahlarımız təmir-bərpa olunmuş, müqəddəs torpaqlarımız paklanmışdır.
Hörmətli Prezidentimiz, din xadimlərinə verdiyiniz dəstək münasibətilə də Sizə öz dərin təşəkkürümüzü bildiririk.
Allah Sizi qorusun!
Hörmətlə,
Seyran Fərəczadə,
"Cümə" məscidinin imamı
Azərbaycan Respublikası, Quba şəhəri.