06 yanvar 2026, 14:11

Cəmil Fərzəliyevdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasında həyata keçirilən uğurlu dövlət siyasəti, genişmiqyaslı yenidənqurma və quruculuq işləri ölkəmizin inkişafında və gələcək nəsillər üçün möhkəm təməl yaradılmasında mühüm rol oynamışdır. Xüsusilə Qarabağın işğaldan azad olunması xalqımızın tarixində qızıl səhifə kimi qalacaq və bu tarixi Qələbə Sizin adınızla bağlıdır. Bu münasibətlə Sizə dərin minnətdarlığımı bildirir, möhkəm cansağlığı, uzun ömür və dövlət fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.

Cənab Prezident, fürsətdən istifadə edərək, Sizi və ailənizi Yeni il münasibətilə təbrik edirəm. 2026-cı il ən dəyərli və düşərli iliniz olsun. Mən fəxr edirəm ki, Sizin qurub yaratdığınız, müdrik siyasətlə idarə etdiyiniz bir ölkədə firavan yaşayıram.

Dövlətimizə və xalqımıza göstərdiyiniz xidmətlərə görə Sizə bir daha təşəkkür edir, fəaliyyətinizdə yeni nailiyyətlər arzulayıram.

Dərin hörmətlə,

Cəmil Fərzəliyev

Azərbaycan Respublikası, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi.