30 dekabr 2025, 17:00

Göygöl “İrəvan” İdman Klubunun idmançılarından, Göygöl, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Ölkəmizdə idmanın inkişafına göstərdiyiniz diqqət və qayğıya görə Sizə minnətdarlığımızı bildiririk. Bu diqqət və qayğının sayəsində Azərbaycan idmançıları ölkəmizi beynəlxalq yarışlarda, mötəbər turnirlərdə uğurla təmsil edir, bayrağımızı ucaldır, himnimizi səsləndirirlər. Hər dəfə bayrağımız qaldırılanda, himnimiz səslənəndə hər bir Azərbaycan vətəndaşı haqlı olaraq qürur hissi keçirir və hər qələbə bir daha bizim şöhrətimizi artırır.

Qərbi Azərbaycan İcmasının dəstəyi ilə fəaliyyət göstərən Göygöl “İrəvan” İdman Klubunun əldə etdiyi uğurların əsasında dayanan diqqət və dəstəyə görə Sizə dərin minnətdarlığımızı və yüksək ehtiramımızı bildiririk.

Cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizi 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti ilə təbrik edir, Sizə möhkəm cansağlığı və uğurlar arzulayırıq.

Hörmətlə,

Göygöl “İrəvan” İdman Klubunun idmançıları.

Azərbaycan Respublikası, Göygöl şəhəri.