Gürcüstanda fəaliyyət göstərən “Caucasus Arena” İdman Assosiasiyasının və “Qabal” İnkişaf, Təhsil Mərkəzinin rəhbəri Yavər Məmmədovdan

30 dekabr 2025, 10:53

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edir,
Zati-alinizə xoşbəxtlik və möhkəm cansağlığı arzulayırıq.

Sizin uzaqgörən rəhbərliyiniz, Azərbaycan dövlətinin inkişafı uğrunda yorulmaz fəaliyyətiniz və milli dəyərlərimizin qorunmasına verdiyiniz misilsiz töhfələr hər zaman xalqımızın qürur mənbəyidir.

“Caucasus Arena” İdman Assosiasiyası və “Qabal” İnkişaf, Təhsil Mərkəzi olaraq biz gənclərin sağlam inkişafını, təhsilini və milli-mənəvi dəyərlərimizin qorunmasını əsas məqsədimiz hesab edirik. Gənclərin sağlam həyat tərzi, təhsil və idman sahələrində inkişafına kömək etməklə Sizin bu istiqamətdə siyasətinizi dəstəkləməyə çalışırıq.

Sizin rəhbərliyinizlə Azərbaycan bütün sahələrdə inkişaf edir, gənclər sağlam, vətənpərvər ruhda böyüyürlər, milli-mənəvi dəyərlərimiz qorunur və gələcək nəsillərə çatdırılır.

Sizə və ailənizə xoşbəxtlik, uzun ömür, rifah, fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.

Hörmətlə,

 

Yavər Məmmədov

Gürcüstanda fəaliyyət göstərən “Caucasus Arena” İdman Assosiasiyasının

və “Qabal” İnkişaf, Təhsil Mərkəzinin rəhbəri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55