İlham Əliyev Böyük Britaniya Milli Olimpiya Komitəsinin Prezidenti, London Olimpiya Oyunlarının icraçı direktorunu qəbul etmişdir

21 yanvar 2013, 12:50
İlham Əliyev Böyük Britaniya Milli Olimpiya Komitəsinin Prezidenti, London Olimpiya Oyunlarının icraçı direktorunu qəbul etmişdir

Prezident İlham Əliyev Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London Olimpiya Oyunlarının icraçı direktoru Lord Sebastyan Koeni qəbul edib.

Dövlətimizin başçısı XXX London Yay Olimpiya Oyunlarının yüksək səviyyədə təşkil olunması münasibətilə Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London Olimpiya Oyunlarının icraçı direktoru Lord Sebastyan Koeni təbrik etdi.

Prezident İlham Əliyev onun Azərbaycana bu səfərinin ölkəmizlə tanış olmaq üçün yaxşı imkan yaradacağını dedi.

Böyük Britaniya Milli Olimpiya Komitəsinin prezidenti, London Olimpiya Oyunlarının icraçı direktoru Lord Sebastyan Koen öz növbəsində Azərbaycan idmançılarının XXX London Yay Olimpiya Oyunlarında əldə etdikləri uğurlar münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. O, səfəri zamanı Birinci Avropa Oyunlarının keçiriləcəyi idman obyektləri və eləcə də paytaxtımızla yaxından tanış olacağını vurğuladı.

Görüşdə ölkəmizdə idmanın bütün növlərinin inkişafı ilə bağlı görülən işlərin önəmi vurğulandı, Azərbaycanın dünya Olimpiya hərəkatındakı rolu qeyd olundu, ölkəmizin beynəlxalq idman təşkilatları ilə əməkdaşlığının gələcəkdə daha da genişlənəcəyinə əminlik ifadə edildi.

SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11