MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan

29 dekabr 2025, 17:58

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından doğum gününüz münasibətilə təbriklərimizi qəbul etməyinizi xahiş edirik.

İllərlə davam edən səmərəli fəaliyyətiniz görkəmli dövlət xadimi olaraq istedadınızın və dövlət rəhbəri kimi böyük səriştənizin parlaq sübutudur.
Zəngin təcrübəniz, ictimai-siyasi proseslərə və mövcud çağırışlara bələd olmağınız sayəsində Siz Azərbaycan Respublikasının suverenliyinin və vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri şərait yaradılmasına, MDB xalqları arasında çoxşaxəli əməkdaşlığın, dostluğun və mehriban qonşuluğun möhkəmlənməsinə mühüm töhfə verirsiniz.

Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza səmimi-qəlbdən cansağlığı, xoşbəxtlik və firavanlıq, Azərbaycan Respublikasının daha da inkişafı naminə fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq.

Hörmətlə,

 

Dmitri Kobitski

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi

Aydın Cəfərov

MDB Parlamentlərarası Assambleya Şurası Baş katibinin müavini –

Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55