Gürcüstanda fəaliyyət göstərən Dmanisi Tədris Mərkəzinin rəhbəri Kamran Xıdırovdan

29 dekabr 2025, 16:52

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləricənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Zati-alinizi səmimiyyətlə təbrik edir, Sizə və ailənizə cansağlığı, uzun ömür, xoşbəxtlik və rifah arzulayırıq.

Zati-alinizin Ali Baş Komandan kimi qətiyyətli rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və 24 saatlıq antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi dünya azərbaycanlıları üçün böyük qürur və şərəf mənbəyi olmuşdur.

Cənab Prezidentimiz, Sizin Cənubi Qafqaz regionunda həyata keçirdiyiniz təşəbbüsləriniz, qonşu dövlətlərlə uğurlu əməkdaşlığınız və bu istiqamətdə əldə edilən nailiyyətləriniz bizə gələcək üçün böyük ümid və ruh yüksəkliyi verir. Sizin Qafqazda sülhün memarı kimi humanist və müdrik siyasətinizlə bütün dünyaya nümunəvi liderlik göstərdiyinizi böyük heyranlıqla izləyirik.

İnkişaf edən Azərbaycanın qarşıdakı bütün məqsədlərinə uğurla çatacağı ümidi ilə Sizə Yeni 2026-cı il münasibətilə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırıram.

Zati-alinizə dərin hörmət və ehtiramımızı bildiririk.

 

Kamran Xıdırov

Gürcüstanda fəaliyyət göstərən Dmanisi Tədris Mərkəzinin rəhbəri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55