29 dekabr 2025, 11:25

Şəmil Quliyevdən, Salyan, Azərbaycan

Cənab Prezident,

Sizin uzaqgörən siyasətiniz, dəmir iradəniz və qətiyyətli liderliyiniz sayəsində Azərbaycan xalqı öz arzularına qovuşmuş, Qarabağ və Şərqi Zəngəzur yenidən dirçəliş mərhələsinə qədəm qoymuşdur.

Birinci xanım Mehriban Əliyevanın humanitar, mədəni və sosial sahələrdə göstərdiyi davamlı fəaliyyət isə azad edilmiş ərazilərin bərpasına xüsusi töhfə verir, milli-mənəvi dəyərlərimizin yaşadılmasına xidmət edir.

Xankəndidə Zəfər parkının açılışı gələcək nəsillərə güclü mesajdır. Xalqımız üçün gördüyünüz misilsiz işlərə görə Sizə minnətdarlığımı bildirirəm.

Uğurlarınız bol olsun, cənab Prezident.

Hörmətlə,

Şəmil Quliyev

Azərbaycan Respublikası, Salyan rayonu, Yenikənd kəndi.