Anar Əlizadədən, Füzuli, Azərbaycan
Hörmətli cənab Prezident!
Mən, bir gənc olaraq, Sizin xalqımız üçün gördüyünüz işlərə ürəkdən sevinir, o cümlədən öz dərin minnətdarlığımı bildirirəm. Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı, əhalinin həyat səviyyəsinin daha da yaxşılaşdırılması Sizin diqqət və qayğınızdan kənarda qalmır. Azərbaycanın regionlarında həyata keçirilən bərpa və yenidənqurma işləri bir gənc olaraq məni də qürurlandırır. Bütün bunlar Sizin qətiyyətinizin, əzminizin nəticəsidir. Biz gənclər Sizin ətrafınızda sıx birləşmişik, İnanırıq ki, sayənizdə ölkəmiz daha böyük uğurlara və qələbələrə imza atacaq!
Müzəffər Ali Baş Komandan, görülən işlərə görə təşəkkürümü bildirir, fürsətdən istifadə edərək, doğum gününüz münasibəti ilə Sizi təbrik edirəm. Sizə cansağlığı və yeni-yeni uğurlar arzu edirəm.
Hörmətlə,
Əlizadə Anar Rasim oğlu
Azərbaycan Respublikası, Füzuli rayonu.