29 dekabr 2025, 10:55
Namiq İsayevdən, Qubadlı, Azərbaycan
Möhtərəm cənab Prezident,
Xalqımız işğaldan azad olunmuş torpaqlarımızın dirçəlişi və Böyük Qayıdış dövrünü yaşayır. Sürətlə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri, müasir infrastrukturun yaradılması, şəhər və kəndlərin yeni simasının formalaşması Azərbaycan dövlətinin gücünü və iradəsini bütün dünyaya nümayiş etdirir.
Möhtərəm cənab Prezident, Sizə uzun ömür, möhkəm cansağlığı, milli dövlətçiliyimizin möhkəmlənməsi naminə ali və şərəfli dövlət fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Namiq İsayev
Azərbaycan Respublikası, Qubadlı rayonu, Saray kəndi.