29 dekabr 2025, 10:30
Şəhid övladından, Bakı, Azərbaycan
Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, müzəffər ordunun Ali Baş Komandanı, cənab Prezident İlham Heydər oğlu Əliyev!
Şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğıya görə şəhid Milli Qəhrəman oğlu olaraq, Sizə dərin təşəkkürümü bildirirəm.
Əziz və əbədi Prezidentimiz, mən şəxsən Sizə bir ömür borcluyam. Qarabağın işğaldan azad edilməsi ilə yanaşı, atamın məzarı da işğaldan azad olundu.
Sizə qəlbən minnətdarlıq hissi duymaqla yanaşı, Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Hörmətlə,
Xaliq Fərzəliyev,
şəhid övladı
Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu.