“Qarabağ Azərbaycandır” Milli Platformasının Türkiyə üzrə baş əlaqələndiricisi Elvin Abdurahmanlıdan

29 dekabr 2025, 11:05

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

“Qarabağ Azərbaycandır” Milli Platformasının və onun tərkibindəki “Qarabağ Azərbaycandır” Koordinasiya Dərnəyinin adından Sizi doğum gününüz münasibətilə təbrik edirik.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının qazandığı nailiyyətlər, xüsusilə də Vətən müharibəsində əldə edilən şanlı Zəfər, ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması hər birimizdə böyük fərəh hissi doğurur. Uzaqgörən siyasətiniz uğurların və zəfərlərin gələcəkdə daha da artacağını deməyə əsas verir.

Cənab Prezident, biz hər zaman Sizin yanınızdayıq, yürütdüyünüz siyasəti dəstəkləyirik.

Uca Allah Sizi və ölkəmizi qorusun!

Hörmətlə,

 

Elvin Abdurahmanlı

“Qarabağ Azərbaycandır” Milli Platformasının

Türkiyə üzrə baş əlaqələndiricisi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55