Rusiyanın Stavropol vilayətində fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzi “Odlar Yurdu” diaspor təşkilatının rəhbəri Fəxrəddin Yarıyevdən

26 dekabr 2025, 14:39

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edir, Zati-alinizə uzun ömür, möhkəm cansağlığı, yeni-yeni müvəffəqiyyətlər arzulayırıq.

Bu gün Sizin - öz xalqının müdrik liderinin, vətənpərvər və fədakar, görkəmli siyasi xadiminin rəhbərliyi ilə Azərbaycan şanlı zirvələr fəth edir, ölkənin beynəlxalq arenada nüfuzu, etibarı getdikcə artır. Siz xalqına zəfər sevinci bəxş etmiş, ölkəsinə qalib ölkə statusu qazandırmış tarixi şəxsiyyətlərdənsiniz və buna görə də yaddaşlarda, qəlblərdə əbədi yaşayacaqsınız.

Bütün həyatını xalqımızın hərtərəfli inkişafı naminə mübarizələrə həsr etmiş Ümummilli Liderimizin arzuları müdrik siyasi dühanız sayəsində çin olmuş, Azərbaycan dünyaya Günəş kimi doğmuşdur.

Qədirbilən xalqımız, bütün dünya azərbaycanlıları öz əvəzolunmaz liderinə, “dəmir yumruqlu” sərkərdəsinə güvənir və Azərbaycanın işıqlı sabahına, daha sürətli tərəqqisinə məhz Sizin rəhbərliyinizlə irəliləməyin mümkün olduğuna inanır.

Cənab Prezident, Sizinlə fəxr edirik. Allah Sizi qorusun!

Hörmətlə,

 

Fəxrəddin Yarıyev

Rusiyanın Stavropol vilayətində fəaliyyət göstərən Azərbaycan Milli Mədəniyyət Mərkəzi “Odlar Yurdu” diaspor təşkilatının rəhbəri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55