İsrailli iş adamı Aaron Frenkeldən

26 dekabr 2025, 12:24

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunam. Sizin rəhbərliyiniz altında Azərbaycanın qazandığı nailiyyətlər uğurlu fəaliyyətinizin sübutudur.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, bol enerji, irəliyə doğru addımlarınızda davamlı uğurlar arzulayıram. Zati-aliniz və əziz ailəniz daim sevinc dolu anlar yaşayasınız.

Qoy xidmətlərinizin uğurlu nəticələri Azərbaycan xalqına hər zaman fayda verməkdə davam etsin!

Dərin hörmətlə,

 

Aaron Frenkel

İsrailli iş adamı

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55