“İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 fevral tarixli 324 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

25 dekabr 2025, 17:48

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsinin xərclərini dəqiqləşdirmək məqsədilə qərara alıram:

“İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 fevral tarixli 324 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 2, maddə 116) 3.4-cü bəndində aşağıdakı dəyişikliklər edilsin:

1. 3.4.1-ci yarımbənd üzrə:

1.1. “Məbləğ (manatla)” sütununda “1 720 956 292,00” rəqəmləri
“1 642 956 292,00” rəqəmləri ilə əvəz edilsin;

1.2. 3.4.1.1-ci abzasın “Məbləğ (manatla)” sütununda “6 000 000,00” rəqəmləri “3 000 000,00” rəqəmləri ilə əvəz edilsin;

1.3. 3.4.1.2-ci abzasın “Məbləğ (manatla)” sütununda “2 500 000,00” rəqəmləri “1 000 000,00” rəqəmləri ilə əvəz edilsin.

2. 3.4.2-ci yarımbənd üzrə:

2.1. “Məbləğ (manatla)” sütununda “464 765 000,00” rəqəmləri “497 765 000,00” rəqəmləri ilə əvəz edilsin;

2.2. 3.4.2.2-ci abzasın “Məbləğ (manatla)” sütununda “200 000 000,00” rəqəmləri “190 000 000,00” rəqəmləri ilə əvəz edilsin;

2.3. 3.4.2.3-cü abzasın “Məbləğ (manatla)” sütununda “25 000 000,00” rəqəmləri “21 300 000,00” rəqəmləri ilə əvəz edilsin;

2.4. 3.4.2.4-cü abzasın “Məbləğ (manatla)” sütununda “28 000 000,00” rəqəmləri “63 500 000,00” rəqəmləri ilə əvəz edilsin;

2.5. 3.4.2.6-cı abzasın “Məbləğ (manatla)” sütununda “10 000 000,00” rəqəmləri “21 200 000,00” rəqəmləri ilə əvəz edilsin.

3. 3.4.3-cü yarımbəndin “Məbləğ (manatla)” sütununda “430 000 000,00” rəqəmləri “495 000 000,00” rəqəmləri ilə əvəz edilsin.

4. 3.4.4-cü yarımbəndin “Məbləğ (manatla)” sütununda “40 000 000,00” rəqəmləri “20 000 000,00” rəqəmləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2025-ci il

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55