Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qrefdən

25 dekabr 2025, 12:53

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm.

Sizin çoxillik ali dövləti fəaliyyətiniz Azərbaycanın inkişafının əsas mərhələləri ilə ayrılmaz şəkildə bağlıdır. Strateji məsələlərə ardıcıl yanaşmanız, eləcə də dövlətin dayanıqlılığının gücləndirilməsi və vətəndaşların rifahının yaxşılaşdırılması işlərində xidmətləriniz Sizə həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda layiqli hörmət qazandırıb.

Sizin rəhbərliyinizlə Azərbaycan iqtisadi modernləşmə və milli potensialının gücləndirilməsi prioritetlərini inamla reallaşdırır. Sizə xas olan strateji baxış və uzunmüddətli hədəflərə çatmaz əzminiz ölkənin bundan sonra da davamlı şəkildə irəliyə hərəkət etməsi üçün möhkəm təməl yaradır.

Mürəkkəb və dinamik şəkildə dəyişən qlobal gündəm şəraitində düşünülmüş qərarlar, eləcə də tərəfdaşlarla davamlı, praqmatik və qarşılıqlı hörmətə əsaslanan əlaqələrin genişləndirilməsi ilə bağlı nümayiş etdirdiyiniz mövqe xüsusilə dəyərlidir.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, tükənməz enerji, hər zaman ruh yüksəkliyi və Azərbaycanın rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram. Əminəm ki, müdrikliyiniz və liderlik istedadınızla bundan sonra da ölkənizin tərəqqisi üçün böyük işlər görməkdə davam edəcəksiniz.

Hörmətlə,

 

German Qref

Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar

Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55