Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki Məmməd Əliyevdən

25 dekabr 2025, 11:37

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin həyat yolunuz Vətənə fədakar xidmətin parlaq nümunəsidir və həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda milyonlarla insanı ruhlandırır. Sizin müdrik rəhbərliyiniz altında ölkə tərəqqi yolu ilə inamla irəliləyir, müstəqilliyini daha da möhkəmləndirir, regionda sülh və sabitliyin simvoluna çevrilir.

Tarixi ədalətin bərpası - Qarabağın azad edilməsi üçün atdığınız böyük addımlara görə Sizə xüsusi olaraq minnətdarıq. Bu tarixi Qələbə strateji uzaqgörənliyiniz, əzmkarlığınız və çox böyük səyləriniz sayəsində mümkün olmuşdur.

Bu gün Siz öz zəngin təcrübənizdən istifadə və bütün resursları səfərbər edərək Azərbaycana yeni nailiyyətlər qazandırırsınız. Azad edilmiş ərazilərin bərpası, ölkənin beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi və Azərbaycan üçün yeni üfüqlər açan siyasi qələbələr bu nailiyyətlərin əyani təsdiqidir.

Milli ruhun gücləndirilməsi, iqtisadiyyatın, elmin, təhsilin və sosial sahələrin inkişafı üçün gördüyünüz işlər dövlətin tərəqqisi və hər bir vətəndaşın rifahı üçün möhkəm təməl yaradır. Siz ən mürəkkəb problemləri şərəf və ləyaqətlə həll etməyə qadir olan, bu günün çətinliklərini və sabahın perspektivlərini görən bir liderin müdrikliyini təcəssüm etdirirsiniz.

Sizə və gözəl ailənizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, rifah, Azərbaycanın firavanlığı, tərəqqisi naminə səmərəli fəaliyyətinizdə tükənməz enerji və yeni-yeni uğurlar arzulayıram.

Doğum gününüz mübarək!

Dərin hörmətlə Sizin,

 

Məmməd Əliyev

Rusiya Elmlər Akademiyasının və Rusiya Tibb Elmləri Akademiyasının akademiki, “Dostluq”, “Şöhrət” və “Şərəf” ordenləri laureatı, Azərbaycan Respublikası Prezidentinin

Fəxri diplomu ilə təltif edilmiş, Rusiya Federasiyasının dövlət və hökumət mükafatları laureatı, Rusiyanın Əməkdar elm xadimi və “Dostluq” ordeni laureatı.

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55