Çexiyada fəaliyyət göstərən “Land of Fire” Cəmiyyətinin təsisçisi Fərid Əmirəliyevdən

24 dekabr 2025, 15:25

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Çexiyada yaşayan Azərbaycan icması adından səmimi-qəlbdən təbrik edir, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Sizin rəhbərliyiniz altında Azərbaycan dövləti davamlı inkişaf yolu ilə irəliləyir, beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirir. Xaricdə yaşayan azərbaycanlılar olaraq biz də bu uğurlarla qürur duyur, Vətənimizlə bağlı hər bir nailiyyəti böyük sevinc hissi ilə qarşılayırıq.

Ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı kimi həyata keçirdiyiniz məqsədyönlü siyasət Azərbaycan xalqının rifahına, ölkəmizin güclənməsinə və gələcək nəsillərin firavan sabahına xidmət edir.

Bu əlamətdar gün münasibətilə Sizə ən xoş arzularımızı yetirir, Azərbaycan dövlətinə və xalqına bundan sonra da böyük nailiyyətlər diləyirik.

Hörmətlə,

 

Fərid Əmirəliyev

Çexiyada fəaliyyət göstərən “Land of Fire” Cəmiyyətinin təsisçisi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55