Berlində fəaliyyət göstərən “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin sədri Sevda Badaliouridən

24 dekabr 2025, 09:35

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Berlin şəhərində yerləşən “Xarı Bülbül” Azərbaycan Mədəniyyət Evinin kollektivi adından səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.

Sizin rəhbərliyiniz altında Azərbaycan Respublikası bütün sahələrdə davamlı inkişaf yolu keçmiş, beynəlxalq aləmdə nüfuzunu daha da möhkəmləndirmişdir. Milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, Azərbaycan dilinə, mədəniyyətinə və incəsənətinə göstərilən yüksək diqqət və qayğı xalqımız tərəfindən daim minnətdarlıqla qarşılanır.

Xüsusilə xaricdə yaşayan azərbaycanlıların milli kimliyinin qorunması, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilən siyasət diaspor təşkilatlarının fəaliyyətinə güclü stimul verir. Biz Azərbaycan dilinin və mədəni irsinin yaşadılması və gələcək nəsillərə ötürülməsi yolunda fəaliyyətimizi bundan sonra da böyük məsuliyyətlə davam etdirəcəyik.

Dərin hörmət və ehtiramla,

 

Sevda Badaliouri

Berlində fəaliyyət göstərən “Xarı Bülbül”

Azərbaycan Mədəniyyət Evinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55