Polşada fəaliyyət göstərən “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının sədri Sedat Şamillidən

24 dekabr 2025, 09:27

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə Polşada yaşayan azərbaycanlılar adından səmimi təbriklərimizi və dərin ehtiramımızı çatdırırıq.

Sizin rəhbərliyinizlə Azərbaycan müasir tarixinin ən həlledici və şərəfli mərhələsini yaşamış, milli iradə, siyasi uzaqgörənlik və güclü dövlətçilik modeli formalaşdırılmışdır. Qlobal çağırışların artdığı bir dövrdə Azərbaycanın müstəqil mövqeyinin qorunması, milli maraqlarının qətiyyətlə müdafiə edilməsi və ölkəmizin beynəlxalq nüfuzunun yüksəlməsi Sizin liderliyinizin bariz nəticəsidir.

Siz yalnız ölkə daxilində deyil, xaricdə yaşayan milyonlarla azərbaycanlının da inam və ümid mənbəyisiniz. Biz, Polşada yaşayan azərbaycanlılar respublikamızın qazandığı hər uğuru, atdığı hər strateji addımı qürur hissi ilə izləyir, bu uğurları yaşadığımız ölkədə layiqincə təmsil etməyə çalışırıq.

Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq. İnanırıq ki, Sizin rəhbərliyiniz altında Azərbaycan daha böyük zirvələr fəth edəcək, sülhün, inkişafın və ədalətin güclü tərəfdarı kimi öz yolunda inamla irəliləməkdə davam edəcəkdir.

Hörmətlə,

 

Sedat Şamilli

Polşada fəaliyyət göstərən “Xarı Bülbül” Dünya Azərbaycanlıları Mədəniyyət Assosiasiyasının sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55