Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti - İdarə Heyətinin sədri Andrey Kostindən

23 dekabr 2025, 14:13

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə “VTB Bank”ın İdarə Heyəti və kollektivi adından səmimi-qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan əsas milli inkişaf məsələlərinin həllində davamlı dinamika nümayiş etdirib və beynəlxalq aləmdə əhəmiyyətli uğurlar qazanıb, nüfuzlu regional lider kimi mövqelərini möhkəmləndirib.

Rusiya və Azərbaycan xalqları arasında əsrlər boyu davam edən tarixi işgüzar, mədəni əlaqələr mehriban qonşuluq münasibətlərimizin sabitliyinin və ikitərəfli strateji tərəfdaşlığımıza sadiqliyin əsasıdır.

VTB Qrupu 15 ildən çoxdur ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Dövlətlərimiz üçün qarşılıqlı maraq doğuran məsələlərdə dialoqun inkişaf etdirilməsinə və əməkdaşlığın möhkəmləndirilməsinə görə Sizə minnətdarıq. Azərbaycanlı tərəfdaşlarımızla münasibətlərin mövcud səviyyəsini və ruhunu yüksək qiymətləndiririk.

Hörmətli İlham Heydər oğlu, icazə verin, bu əlamətdar gündə Sizə, ailənizə və bütün Azərbaycan xalqına möhkəm cansağlığı, rifah, sülh və firavanlıq arzulayım.

Dərin hörmətlə,

 

Andrey Kostin

Rusiyanın “VTB Bank” Publik Səhmdar Cəmiyyətinin prezidenti-İdarə Heyətinin sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55