Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri Ədalət Turandan

23 dekabr 2025, 10:51

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirik. Sizə möhkəm cansağlığı, Azərbaycanın daha da inkişafı naminə fəaliyyətinizdə davamlı uğurlar arzulayırıq.

Son beş il ərzində regionda yaranan yeni reallıqlar, xüsusilə də Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün təmin olunması Sizin qətiyyətli siyasətinizin və uzaqgörən liderliyinizin nəticəsidir.

Müzəffər Ali Baş Komandan kimi Sizin rəhbərliyinizlə qazanılmış şanlı Zəfər Azərbaycan tarixinin ən parlaq səhifələrindən biri kimi xalqın milli qürurunu, birliyini, gücünü bütün dünyaya nümayiş etdirmişdir.

Fürsətdən istifadə edərək Sizi birliyin və həmrəyliyin rəmzi olan
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə də təbrik edirik. Sizin uğurlu siyasətiniz sayəsində həm ölkə daxilində, həm də bütün dünyada azərbaycanlılar arasında birliyin möhkəmlənməsi xüsusi önəm kəsb edir.

Sizin rəhbərliyinizlə Azərbaycanın gələcəyinin daha da parlaq olacağına inanırıq. Sizə bir daha təbriklərimizi çatdırır, dövlətə və xalqa xidmət işində yeni-yeni nailiyyətlər arzulayırıq.

Dərin hörmətlə,

 

Ədalət Turan

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasının sədri

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55