İrlandiyada fəaliyyət göstərən “Əşrəf və Anna” musiqi məktəbinin direktoru Əşrəf Tağıyevdən

23 dekabr 2025, 10:09

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Sizi doğum gününüz münasibətilə İrlandiyada fəaliyyət göstərən “Əşrəf və Anna” musiqi məktəbinin kollektivi adından səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Sizin müdrik rəhbərliyiniz, qətiyyətli siyasi iradəniz və Vətənə sonsuz sevginiz sayəsində Azərbaycan dövləti beynəlxalq aləmdə öz layiqli yerini daha da möhkəmləndirmiş, tarixi zəfərlərə imza atmışdır. Bu nailiyyətlər hər bir azərbaycanlı üçün sonsuz qürur mənbəyidir.

Xaricdə yaşayan azərbaycanlıların milli-mədəni dəyərlərinin qorunmasına və dünya azərbaycanlılarının birliyinə göstərdiyiniz xüsusi diqqət və qayğı bizim üçün böyük stimul və mənəvi dayaqdır. Biz də öz növbəmizdə Azərbaycan mədəniyyətini, incəsənətini və milli kimliyimizi İrlandiyada layiqincə təmsil etməyə çalışırıq.

Zati-alinizə dərin hörmət və ehtiramımı bildirirəm.

Uca Tanrı Sizi və ailənizi qorusun!

Dərin hörmətlə,

 

Əşrəf Tağıyev

İrlandiyada fəaliyyət göstərən “Əşrəf və Anna”

musiqi məktəbinin direktoru, Azərbaycanın İrlandiyadakı mədəniyyət elçisi

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55