“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının sabiq prezidenti Lev Spivakdan

22 dekabr 2025, 11:00

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizin müdrik və qətiyyətli rəhbərliyinizlə Azərbaycan Respublikası dövlət quruculuğunda, iqtisadi inkişafda və beynəlxalq aləmdə nüfuzunun möhkəmləndirilməsində böyük uğurlar qazanıb. Ölkənin tərəqqisinə və xalqın rifahına yönəlmiş çoxşaxəli səyləriniz Sizə təkcə Azərbaycanda deyil, həm də onun hüdudlarından kənarda dərin hörmət qazandırıb.

Siz Müzəffər Ali Baş Komandan kimi müasir tarixdə və milyonlarla insanın qəlbində xüsusi yer tutursunuz. Strateji komandanlığınızla
44 günlük Vətən müharibəsində tarixi ədalət və Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Bu möhtəşəm Qələbə yenilməz ruhun, milli birliyin və beynəlxalq hüququn təntənəsinin simvoluna çevrilib, adınızı xilaskar Lider kimi tarix salnaməsinə əbədi olaraq həkk edib.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, tükənməz enerji, xoşbəxtlik və ölkənizin əmin-amanlığı, tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulayıram.

Dərin hörmətlə,

 

Lev Spivak

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının sabiq prezidenti

SƏNƏDLƏR Bəyanatlar 12 noyabr 2026
22:55
Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə

Azərbaycan Respublikası və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı (bundan sonra “İştirakçılar” adlandırılacaq)

İki ölkə arasında uzunmüddətli münasibətlərə əsaslanaraq və 1994-cü il 23 fevral tarixli Dostluq və Əməkdaşlıq haqqında Birgə Bəyannaməni və...

12 noyabr 2026, 22:55