19 dekabr 2025, 13:49

Aytəkin Quliyevadan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident!

Son illər Gəncə şəhərində aparılan abadlıq və quruculuq işləri hər bir gəncəli tərəfindən böyük razılıq və məmnunluqla qarşılanır. Yeni salınan parklar, abad məhəllələr, əsaslı təmir olunan yollar və sosial obyektlər şəhərin inkişafına güclü təkan vermişdir.

Qədim Nizami yurdunda III MDB Oyunlarını da yüksək səviyyədə təşkil etdik və haqlı olaraq alqış qazandıq. Bu Oyunlar Gəncənin potensialının böyük olduğunu bir daha göstərdi.

Bu diqqət və qayğıya görə Sizə səmimi minnətdarlığımızı bildiririk. Sizin həyata keçirdiyiniz uğurlu siyasət nəticəsində Gəncə daha da gözəlləşir və inkişaf edir.

Sizə dərin təşəkkürümüzü çatdırırıq.

Hörmətlə,

Aytəkin Quliyeva

Azərbaycan Respublikası, Gəncə şəhəri.