18 dekabr 2025, 16:20

Azər Məmmədovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin Gəncəyə olan böyük diqqətiniz şəhərin sosial-iqtisadi inkişafında və dünya miqyasında tanınmasında böyük rol oynamışdır.

Gəncə şəhərində son dövrlərdə aparılan abadlıq və quruculuq işləri şəhərin ümumi görünüşünü köklü şəkildə dəyişmişdir. Müasir infrastrukturun yaradılması, yaşıllıq zolaqlarının genişləndirilməsi və sosial obyektlərin yenilənməsi şəhər sakinlərinin həyat səviyyəsini xeyli yüksəltmişdir.

Bu mühüm işlərin həyata keçirilməsində göstərdiyiniz diqqət və qayğıya görə Sizə səmimi təşəkkürümüzü bildirir, ölkəmizin tərəqqisi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,

Azər Məmmədov

Azərbaycan Respublikası, Gəncə şəhəri.