18 dekabr 2025, 14:55

Naftalanlı cüdoçular adından, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident!

Ölkəmizdə idmanın hərtərəfli inkişafına, xüsusilə cüdo növünün genişlənməsinə, infrastrukturun gücləndirilməsinə və gənclər arasında sistemli şəkildə təbliğinə göstərilən ardıcıl diqqət və dövlət qayğısına görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu sahədə dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü tədbirlər və əldə olunan nailiyyətlər idmançılarımızın uğurlarının artmasına, eyni zamanda gənc nəslin idmana marağının güclənməsinə, sağlam və vətənpərvər gəncliyin formalaşmasına mühüm töhfə verir. Biz cüdoçular Naftalan şəhərində də bu qayğını hiss edirik, həmçinin yeni cüdo mərkəzinin tikintisinin nəzərdə tutulması, şəhər əhalisi ilə yanaşı biz idmançıların da böyük sevincinə səbəb olmuşdur. Bu mühüm infrastruktur layihəsi çüdonun inkişafına, idmançılar üçün müasir şəraitin yaradılmasına və yeni nailiyyətlərin qazanılmasına geniş imkanlar açacaqdır.

Əldə etdiyimiz uğurların əsasında dayanan diqqət və dəstəyə görə naftalanlı cüdoçular adından Sizə dərin minnətdarlığımızı və yüksək ehtiramımızı bildiririk.

Uca Allah Sizi və ailənizi qorusun.

Hörmətlə,

Əliyev Fuad Fazil oğlu

Azərbaycan Respublikası, Naftalan şəhəri.