15 dekabr 2025, 18:00

Xəyal Məmmədəliyevdən, Qəbələ, Azərbaycan

Hörmətli cənab Prezident,

Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan və Azərbaycan dövlətçiliyinin inkişafında mühüm rol oynayan siyasi kurs bu gün Sizin rəhbərliyinizlə uğurla və ardıcıllıqla davam etdirilir. Ölkəmizdə həyata keçirilən gənclər siyasəti, bu sahədə qəbul olunan dövlət proqramları və icra edilən çoxşaxəli layihələr gələcəyə hesablanmış strateji baxışın bariz nümunəsidir.

Xüsusilə qeyd etmək istərdik ki, Sizin tərəfinizdən həyata keçirilən gənclər siyasəti Azərbaycan dövlətinin ümumi inkişaf konsepsiyasının ayrılmaz və prioritet istiqamətlərindən biridir. Məhz bu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi, iqtisadi, sosial və humanitar həyatında fəal iştirakı ilə seçilir, müxtəlif dövlət və ictimai layihələrin icrasında aparıcı rol oynayır, qlobal çağırışlara uyğun inkişaf edərək ölkəmizin dinamik yüksəlişinə töhfə verir.

Müzəffər Ali Baş Komandan olaraq göstərdiyiniz qətiyyətli liderlik, həmçinin gənclərə göstərdiyiniz xüsusi diqqət və qayğı hər bir Azərbaycan gəncini ölkəmizin inkişafı naminə daha əzmlə çalışmağa ruhlandırır. Biz gənclər bu dəstəyə görə Sizə və ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Xüsusilə gənc istedadların üzə çıxarılması və onların inkişafına yönəlmiş layihə və təşəbbüslər gələcəyimiz üçün mühüm əhəmiyyət daşıyır.

Sizin müəyyənləşdirdiyiniz strateji xəttə uyğun olaraq Azərbaycan gəncliyi bundan sonra da ölkəmizin daha da tərəqqi etməsi, xalqımızın rifahının yüksəlməsi və dövlətçiliyimizin möhkəmlənməsi naminə səylərini əsirgəməyəcək.

Ölkəmizin inkişafı və xalqımızın rifahı naminə olan çoxşaxəli fəaliyyətinizdə Uca Allah Sizə hər zaman yardımçı olsun.

Hörmətlə,

Məmmədəliyev Xəyal İlham oğlu,

Azərbaycan Respublikası, Qəbələ rayonu, Nic qəsəbəsi.