15 dekabr 2025, 14:22

Şərəbanı və Rəsul Naminilərdən, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ali Baş Komandan İlham Heydər oğlu Əliyev!

Biz bu məktubu Sizə dərin ehtiram hissi, böyük qürur və sonsuz minnətdarlıqla yazırıq. Biz dövlətimizi sevirik, xalqımızı sevirik və hər zaman Azərbaycan dövlətinin yanında olmuşuq, bundan sonra da bütün varlığımızla dövlətçiliyimizi, müstəqilliyimizi, milli birliyimizi qorumağa hazırıq. Bizim üçün Vətən müqəddəsdir, Azərbaycan Bayrağının dalğalanması ən böyük şərəf və qürurdur.

Sizin rəhbərliyiniz altında Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri – Qarabağın azad olunması gerçəkləşdi. Bu, bizim nəinki həyatımızda, bütün Azərbaycan xalqının yaddaşında ən böyük qələbə kimi qalacaq. Siz bizi, bütün Azərbaycan xalqını elə bir zirvəyə qaldırdınız ki, onu nə sözlə ifadə etmək, nə də başqa bir nemətlə müqayisə etmək mümkündür.

Cənab Prezident, Siz Azərbaycan xalqının başını uca etdiniz.

Allah da Sizin başınızı daim uca etsin!

Biz ailə olaraq yalnız bu gün yox, hər zaman Sizin yanınızdayıq. Azərbaycan dövlətinin təhlükəsizliyi, müstəqilliyi və qüdrəti naminə lazım gələrsə, canımızdan keçməyə belə hazırıq.

Biz Sizi, Mehriban xanım Əliyevanı və bütün ailənizi dərin hörmətlə sevirik, dəstəkləyirik və Sizə olan sədaqətimizi qürurla bildiririk. Sizin uzaqgörən siyasətiniz, qətiyyətiniz, xalqımıza olan sevginiz hər birimizi daha güclü, daha qürurlu və daha ümidli edir.

Azərbaycanın bugünkü inkişafı, xalqımızın rifahı və dövlətimizin dünya miqyasında nüfuzunun yüksəlməsi Sizin müdrik liderliyinizin nəticəsidir. Bu yolda Sizi var gücümüzlə dəstəkləmək bizim üçün böyük şərəfdir.

Allah Sizi, ailənizi və Azərbaycan xalqını qorusun!

Uca Yaradan Sizə daim güc, cansağlığı və uzun ömür bəxş etsin!

Dərin hörmətlə,

Namini Şərəbanı Azər qızı və Namini Rəsul Akif oğlu

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.